“Aİ böhranlar zamanı böyük qərarlar qəbul etməkdə təcrübəyə malikdir və bu vəziyyətdə də öz rolunu düzgün şəkildə oynamaq üçün hazırlığını göstərməlidir”.
Yenicag.az xəbər verir ki, bunu Avropanın ABŞ Prezidenti Donald Trampın Ukraynaya yanaşma barədə təhlil aparan siyasi analitik Ceyms Batçik yazıb.
O bildirib ki, son iki həftə ərzində avropalılar uzun illər ərzində qitənin təhlükəsizliyini təmin edən ABŞ-nin Ukraynanın müdafiəsində liderliyi artıq onların üzərinə götürməsini tələb etməsi ilə ayıldı:
“Bu mesaj ABŞ-nin müdafiə naziri Pit Heqset, vitse-prezident Cey di Vens və prezident Donald Trampdan gəlib. Hazırki vəziyyət Avropa üçün narahatlıq doğurur, həmçinin konkret ölkələr üçün praktikada necə görünəcəyini müzakirə etmək ehtiyacı yaradır.
ABŞ-nin Ukrayna və Rusiya ilə bağlı mövqeyinə Avropa İttifaqının verdiyi reaksiyanı “mənfi” olaraq qiymətləndirmək ilin ən yüngül ifadəsi olardı. Keçən həftə Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı ilə bağlı xəbərlər yayıldıqdan sonra Aİ-nin baş diplomatı Kaja Kallas ABŞ-nin son addımlarını “sakitləşdirmə” adlandıraraq Avropanın Rusiya ilə danışıqlardan kənarda qalmasını tənqid edib.
Belə vəziyyətdə Avropanın nə etməli olduğu məsələsi çox vacibdir. Hələ də dəyişməyən bir şey var: Avropa Putin və Trampa qarşı öz təsir imkanlarını gücləndirməlidir. Bu, Ukraynanın təhlükəsizliyini təmin etmək və uzunmüddətli həll yolları təklif etmək üçün liderlik deməkdir.
Aİ üzv dövlətləri Ukraynaya daha çox yardım etməyə, xüsusilə də hərbi yardım göstərməyə təşviq edə bilər. Eyni zamanda, Aİ hərbi xərcləri artırmaq və müdafiə sənayesi əməkdaşlığını gücləndirmək üçün maliyyə alətlərini daha təsirli şəkildə istifadə etməlidir. Bu addımlar artıq işə salınıb, amma sürətlə yekunlaşdırılmalıdır. Aİ həmçinin Rusiyanın dondurulmuş aktivlərinə həbs qoymağı davam etdirə və Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı səyləri yenidən nəzərdən keçirə bilər.
Son olaraq Aİ liderləri üzv dövlətlərin Ukraynada fəaliyyətlərini davam etdirəcəyinə və istəkli ölkələrin səylərini dəstəkləmək üçün əlindən gələni edəcəklərinə dair mühüm ictimai siqnal göndərməlidirlər. Aİ böhranlar zamanı böyük qərarlar qəbul etməkdə təcrübəyə malikdir və bu vəziyyətdə də öz rolunu düzgün şəkildə oynamaq üçün hazırlığını göstərməlidir”.
Nəsimi Ələsgərli
www.yenicag.az