!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqı bu gün sərhəddə keçiriləcək görüşə münasibət bildirdi

!Reklam – Yazi

Avropa İttifaqı Cənubi Qafqaz regionunda sülh və sabitliyə sadiqdir və bunun üçün yüksək səviyyədə siyasi kapital yatırır.

Yenicag.az xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos deyib.

O, erməni jurnalistin Azərbaycana qarşı sanksiyaların tətbiqi üçün aktiv addımlar atılması barədə sualına belə cavab verib: “Avropa İttifaqı bu regionda sülh və sabitliyə sadiqdir və biz bu prosesə əhəmiyyətli, yüksək səviyyəli siyasi kapital yatırırıq. Avropa İttifaqı güc tətbiqinə qarşı, Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi ilə bağlı mövqeyini çox açıq şəkildə ifadə edib. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bir neçə gün əvvəl geniş şərhlər verdiyi üçün mən o məsələlərə münasibət bildirməyəcəyəm.

Biz həmçinin demarkasiya komissiyasının iclasları və münasibətlərin daha geniş həlli prosesləri çərçivəsində bütün məsələlərin sülh yolu ilə həllinə çağırmışıq. Ümid edirik ki, bu və digər məsələlərlə bağlı yaxın gələcəkdə, o cümlədən Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası komissiyalarının 2023-cü il noyabrın 30-na təyin edilmiş növbəti iclasında müəyyən qarşılıqlı anlaşma əldə oluna bilər”./unikal

www.yenicag.az

128
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv