!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqı Ermənistana bu silahları verəcək – SƏFİR AÇIQLADI

!Reklam – Yazi

“Ermənistan-Avropa İttifaqı (Aİ) ikitərəfli dialoqunun və əlaqələrinin gələcək inkişafı üçün heç vaxt belə dinamik proses olmayıb. Aİ Ermənistan Silahlı Qüvvələrinə öldürücü olmayan silahlar baxımından dəstək verməyi nəzərdən keçirir. Burada söhbət onların öz imkanlarını gücləndirə bilməsi üçün vacib dəstəkdən gedir. Bu, Avropa sülh mexanizminin çərçivəsinə aiddir”

Yenicag.az xəbər verir ki, bunu bu gün, aprelin 4-də Ermənistan parlamentində “Ermənistanın Avropaya inteqrasiyasının yeni perspektivləri və çağırışları” mövzusunda parlament dinləmələri zamanı Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Vasilis Maraqos bildirib.

“Avropa İttifaqı regionda sabitliyə və vəziyyətin nizamlanmasına, o cümlədən Avropa İttifaqı Şurasının prezidentinin təşkil etdiyi görüşlərə tam sadiq qalır. Biz öhdəliyimizi davam etdirəcəyik və bu prosesin normala dönməsini istərdik”, – o deyib.

Mənbə: Armenpress

Rafi Müslümov

www.yenicag.az

113
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv