!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqı fövqəladə tədbirlər həyata keçirəcək

!Reklam – Yazi

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin enerji nazirləri sentyabrın 9-da Brüsseldə növbədənkənar iclas keçirəcək.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, iclasda yüksək enerji qiymətlərinin aşağı salınması üçün mümkün fövqəladə tədbirlər və qışa hazırlıq məsələləri müzakirə olunacaq.

Avropa İttifaqına sədrlik edən Çexiyanın iclas üçün hazırladığı sənəd layihəsinə görə, nazirlər təbii qaz qiymətlərinin elektrik enerjisi qiymətlərinə təsirini məhdudlaşdırmaq üçün nələr edilə biləcəyini müzakirə edəcəklər.

Bundan əlavə, enerji bazarında likvidliyin artırılması üçün müxtəlif variantlar qiymətləndiriləcək. Yüksək girov məbləğləri ilə üzləşən enerji bazarı iştirakçılarına əlavə kredit xətlərinin və likvidliyin verilməsi, Avropada törəmə alətlər bazarının müvəqqəti dayandırılması və karbon bazarının elektrik enerjisi qiymətlərinə təsirinin yumşaldılması kimi məsələlər də müzakirə olunacaq.

Nazirlər, həmçinin Aİ daxilində elektrik enerjisi istehlakının azaldılması və bununla bağlı hədəfin müəyyən edilməsi ilə bağlı fikirlərini bölüşəcəklər.

Mütəxəssislər bildirirlər ki, artıq məhdud miqdarda Avropaya tədarük edilən Rusiyadan qaz axınının tamamilə dayandırılması Avropanın istehlakının ən sıx olduğu qış dövründə problemlər yaradacaq.

Gülşən

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv