!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqı ilə münasibətlər ZƏRBƏ ALTINDA: "Azərbaycan enerji sazişlərinə yenidən baxmalı olacaq"

!Reklam – Yazi

“İttifaqda digər kiçik ölkələrin də bu yönümdə addımları göz önündədir”.

Bu sözləri Aİ-nin Ermənistandakı mülki missiyasının əməkdaşları və Estoniyanın İrəvandakı səfirinin Laçın yolunda yaranmış vəziyyət fonunda Azərbaycanla sərhəddə müşahidələrinə münasibət bildirən siyasi ekspert Samir Hümbətov Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, proseslərin bu cür gedişatı Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də təsir edə bilər:

“Çox təəssüf doğuran məqamdır ki, xristian təəssübkeşliyi burada da özünü göstərir. Görünən odur ki, Qərb dairələri “ən pis xristian ən yaxşı müsəlmandan yaxşıdır” prinsipi ilə hərəkət edirlər. Digər tərəfdən Avropa İttifaqında olan bəzi ölkələr bu birliyin gələcəyi haqqında çox da ciddi qərar almaq niyyətində görünmürlər.

Baltikyanı ölkələrlə bizim münasibətlərimiz yaxşı səviyyədə olsa da, atılan bu cür addımlar əslində münasibətlərə də təsiri edə bilər. Estoniyada da erməni lobbisinin imkanları bizlərə məlumdur. Sözügedən ittifaqda digər kiçik ölkələrin də bu yönümdə addımları göz önündədir.

Hesab edirəm ki, bu tipli ucuz addımlar yalnız və yalnız Azərbaycan-Avropa İttifaqı əlaqələrinə ciddi təsir yetirə bilər. Əslində, onların Laçın Sərhəd Buraxılış Məntəqəsi yaxınlığında göstərdikləri bu fəaliyyət beynəlxalq hüquqa zidd addımlar hesab olunur. Təbii ki, bunlar cavabsız qalmayacaq.

Hazırkı proseslər onu göstərir ki, Aİ prosesləri bu cür davam etdirsə, Azərbaycan regionla imzaladığı enerji sazişlərinə yenidən baxmağa məcbur olacaq”.

Yusif Səmədzadə

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv