!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqı Medvedevi psixiatrik xəstəxanaya “GÖNDƏRDİ”

!Reklam – Yazi

Aİ-nin xarici siyasət sözçüsü Medvedevin psixoterapevtin köməyinə ehtiyacı olduğunu bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət sözçüsü Peter Stano bildirib.

O deyib ki, Kiyevin Rusiyanın varlığına “təhdid yaratdığı” iddiası ilə onu ələ keçirmək zərurətini bəyan edən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev psixoterapevtdən kömək istəməlidir.

Onun sözlərinə görə, Aİ adətən “diqqəti cəlb etmək istəyən insanların qəribə bəyanatlarını şərh etmir, xüsusən də onlar ikinci dərəcəlidirlərsə”.

“Bir insanın psixi sağlamlıq diaqnozunu açıqlaması faydalı olsa da, burada verilə biləcək yeganə məsləhət peşəkar mütəxəssisə müraciət etmək və kömək axtarmaqdır”, – Stano qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

123
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv