!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avropa İttifaqı monitorinq missiyasının tərkibinin yarısının hərbçilərdən ibarət olması...” - ŞƏRH

!Reklam – Yazi

“Gözləmək olar ki, Rusiya Ermənistanı onun maraqlarına zidd addımlardan çəkindirmək üçün müəyyən gedişlərə əl atsın”.

Bu fikirləri Avropa İttifaqı (Aİ) müşahidə missiyasının Ermənistana gəlişinin ölkədə doğurduğu müzakirələri və Rusiyanın İrəvanın addımına mümkün cavabını şərh edən Erməni Araşdırma Mərkəzinin rəhbəri professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Rusiya Ermənistanı onun maraqlarına zidd addımlardan çəkindirmək üçün müəyyən gedişlərə əl atacaq:

“Avropa İttifaqının yarısı hərbçilərdən ibarət olan yüz nəfərlik missiyasının Ermənistana gəlişi bu ölkənin cəmiyyətində yeni müzakirələrin açılmasına səbəb olub. Maraqlıdır ki, bu məsələ barəsində fikir bildirənlərin çoxu hökumətin mövqeyindən çıxış edərək, sözügedən missiyanın gəlişini dəstəkləyir.

Digər diqqəti cəlb edən məqam bundan ibarətdir ki, Ermənistandakı Rusiyapərəst kimi tanınan siyasi qüvvələr öz narahatlıqlarını bildirsələr də, missiyanın əleyhinə çıxmırlar. Hər halda, bu da səbəbsiz deyil. Görünür, Rusiyanın Ukraynadakı uğursuzluqları onun Ermənistandakı dayaqlarını da xeyli zəiflədib.

Qeyd etmək lazımdır ki, Avropa İttifaqı monitorinq missiyasının tərkibinin yarısının hərbçilərdən ibarət olması sərhəddə Ermənistan tərəfdən təxribatların törədilmə ehtimalını artırır. Ancaq onların bu təxribatçı addımlarla nəyəsə nail olacaqları istisnadır.

Burada əlbəttə ki, Rusiya da həmin missiyanın gəlişindən öz narazılığını ifadə edib. Hətta Rusiya Dövlət Dumasının sədri İrəvanın bu kimi addımlarının Ermənistan dövlətçiliyinin sonunu gətirə biləcəyini açıqlayıb. Onun bu fikirləri Ermənistanda ciddi narahatlıq doğurub.

Ona görə də gözləmək olar ki, Rusiya Ermənistanı onun maraqlarına zidd addımlardan çəkindirmək üçün müəyyən gedişlərə əl atsın. Bu gedişlərin nədən ibarət olacağını və nəticəsini zaman göstərəcək”.

A.Zeynalov

www.yenicag.az

427
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv