!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqı Rusiyanın separatçı bölgələrdə payladığı “pasport”ları tanımayacaq - QƏRAR

!Reklam – Yazi

Avropa İttifaqı Şurası Rusiyanın işğal etdiyi Ukrayna və Gürcüstan ərazilərində yerli sakinlərə verilən pasportları tanımamağı qərarlaşdırıb.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə məlumat qurumun yaydığı bəyanatda yer alıb:

“Rusiya Ukrayna ərazilərinin qanunsuz ilhaqına əsaslanan qaydalara istinad edərək beynəlxalq hüquqa sayğısızlığını davam etdirməkdədir.

Biz Ukrayna ilə Gürcüstanın müstəqilliyə yönəlik fundamental hüquqlarının, suverenliyinin və ərazi bütövlüyünün pozulmasını heç vaxt tanımayacağıq. Avropa İttifaqı qətiyyətlə hər iki ölkə və xalqla birlikdə olacaq”.

Bəyanatda o da bildirilir ki, Aİ səfirləri Rusiyanın işğal etdiyi Ukrayna və Gürcüstan ərazilərində yerli sakinlərə verilən pasportları tanımamaqla bağlı Avropa Parlamenti ilə danışıqlar aparmaq üçün səlahiyyətləndiriliblər.

www.yenicag.az

322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv