!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa İttifaqının Cənubi Qafqazdakı “YER”İ: “Onlar xoş məram göstərməyə çalışırlar və...” - Keçmiş nazirin ŞƏRHİ

!Reklam – Yazi

“Vaxtilə mövcud olmuş münaqişənin həllində iştirak məsələsində də Avropa İttifaqı tərəfindən ciddi istək nümayiş etdirilməyib”.

Bu fikirləri Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı proqramının dekabrın 15-də Brüsseldə baş tutacaq VI Sammiti fonunda “köhnə dünya”nın Cənubi Qafqazda möhkəmlənmək imkanlarına toxunan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Cənubi Qafqazda yer tutmaq üçün böyük cəhdlər etmir:

“Məncə, Avropa İttifaqı Cənubi Qafqazda yer tutmaq üçün böyük cəhdlər etmir. Bu qurum sadəcə, öz təşkilati xüsusiyyətlərinə uyğun olaraq, maliyyə və iqtisadi baxımdan, müəyyən layihələrdə iştirakını təsdiqləyir.

Vaxtilə mövcud olmuş münaqişənin həllində iştirak məsələsində də Avropa İttifaqı tərəfindən ciddi istək nümayiş etdirilməyib. Deyə bilərəm ki, Brüssel bu məsələyə dair ümumi bəyanatlar verməklə kifayətlənib.

Mən özüm də heç vaxt inanmamışam ki, Avropa İttifaqı öz xüsusiyyətinə qarşı çıxaraq, bu istiqamətdə danışıqların aparılması ilə məşğul olsun. Onlar sadəcə, xoş məram göstərməyə çalışırlar və Brüssel görüşünün baş tutmasına da bu kontekstdə imkan verilib”.

A.Zeynalov

www.yenicag.az

458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv