!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa kitabxanalarında tərkibində zəhərli maddə olan kitablar tapıldı – Kütləvi yoxlamalar

!Reklam – Yazi

Avropa kitabxanalarında 19-cu əsrə aid olan və tərkibində arsen olduğu iddia edilən nəşrlərin tapılması üçün kütləvi yoxlamalar aparılır.

Yenicag.az xəbər verir ki, bu barədə Fransanın “Europe1” telekanalı məlumat yayıb.

Bildirilib ki, əvvəllər arsenlə çirklənmiş minlərlə kitab son həftələrdə Almaniyanın kitabxanalarından yığışdırılıb:

“19-cu əsrdə dəri rəngləmək üçün istifadə edilən yaşıl piqmentlərlə (kitab üzlükləri ondan hazırlanırdı – red.) bağlı Fransanın Elzas vilayətində və Strasburqun Milli və Universitet Kitabxanasında da yoxlamalar aparılır”, – deyə məlumatda bildirilib.

Strasburq Milli və Universitet Kitabxanasının rəhbəri Jerom Şvaytserin sözlərinə görə, yaşıl kitab üzlükləri 1840-cı illərin modasının bir hissəsi idi. O, söyləyib ki, yaşıl piqmentin tərkibində arsen mövcuddur və onun inqalyasiyası qusmağa, eləcə də uzun müddət xərçəngə məruz qalmaya səbəb ola bilər.

Şvaytserin fikrincə, təhlükəli nəşrlərin axtarışı təkcə Strasburq kitabxanasında aylarla çəkə bilər. Mütəxəssis əlavə edib ki, tapılan kitablar rəqəmsallaşdırılıb və qapalı qablara qoyulub.

Rafi Müslümov

www.yenicag.az

112
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv