!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Avropa klublarının Zubir uğrunda “SAVAŞI”: “Qarabağ” onu komandada saxlamaq üçün…”

!Reklam – Yazi

“Şərtlər həm komandanın, həm də futbolçunun maraqlarına cavab verməlidir”.

Bu fikirləri “Qarabağ”ın “Braqa” ilə oyunundan sonra Avropanın bir sıra tanınmış klublarının Abdulla Zubirin transferi üçün hərəkətə keçmələri haqda danışan idman jurnalisti Ramiz Mirzəzadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Zubir hazırda “Qarabağ”ın ən önəmli oyunçularından biridir:

“O, hazırda komandanın vitse-katpitanıdır. Zubirin qarşıda açılacaq yay transfer pəncərəsində hər hansı bir komandaya keçmək ehtimalı yanlız oyunçuya təklif edilən məbləğdən və ya rəsmi transfer müraciətindən sonra mümkündür. Hazırda futbolçunun komandadakı performansı olduqca yüksəkdir. Fikrimcə, “Qarabağ” Zubiri heyətdə saxlamaq üçün əlindən gələni edəcək”.

Bu barədə Yenicag.az-a danışan Qol.az saytının baş redaktoru Aydın Bağırovun fikrincə, Zubirlə müqavilənin yenilənməsi qarşılıqlı razılıq əsasında olmalıdır:

“Bu gün Zubir “Qarabağ”ın əsas oyunçularından biridir. Digər klublar onunla çoxdan maraqlanır. Lakin “Braqa” ilə oyundan sonra ona qarşı maraq daha da artdı. Məncə, “Qarabağ” Zubiri öz sıralarında saxlamağa çalışacaq.

Hazırda onun müqaviləsinin yenilənməsi istiqamətində danışıqlar gedir. Bu məsələ tərəflərin müqavilə şərtlərini necə razılaşdırmalarından asılıdır. Şərtlər həm komandanın, həm də futbolçunun maraqlarına cavab verməlidir. Düşünürəm ki, “Qarabağ”ın Zubirlə olan müqaviləsinin müddəti uzadılacaq”.

İsmayıl Bakuvi

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv