!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Avropa Liqası: "Atalanta" səfərdə bərabərliyə razılaşdı

!Reklam – Yazi

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.

Son 3 görüşdə 2 heç-heçə, 1 qələbə qeydə alınıb.

İspaniya “Barselona”sı Almaniyada “Ayntraxt”la bərabərə qalıb – 1:1. Matçda hesabı 48-ci dəqiqədə meydan sahiblərinin heyətində Ansqar Knauff açıb. Qonaqlardan isə 66-cı dəqiqədə Ferran Torres fərqlənib.

İngiltərədə “Vest Hem” və Fransa “Lion”u arasındakı oyunda da qalib müəyyənləşməyib. Yeganə qələbəni Portuqaliya “Braqa”sı evdə qazanıb. Meydan sahibləri Şotlandiya “Reyncers”ini məğlub ediblər.

Avropa Liqası, 1/4 final

İlk oyunlar

7 aprel

20:45. “Leyptsiq” (Almaniya) – “Atalanta” (İtaliya) – 1:1

Qollar: Davide Zappakosta, 58 (avtoqol) – Luis Muriel, 17

23:00. “Ayntraxt” (Almaniya) – “Barselona” (İspaniya) – 1:1

Qollar: Ansqar Knauff, 48 – Ferran Torres, 66

Qırmızı vərəqə: Tuta, 78 (“Ayntraxt”)

23:00. “Vest Hem” (İngiltərə) – “Lion” (Fransa) – 1:1

Qollar: Carrod Bouen, 52 – Tanqi Ndombele, 66

Qırmızı vərəqə: Aaron Kressuell, 45+3 (“Vest Hem”)

23:00. “Braqa” (Portuqaliya) – “Reyncers” (Şotlandiya) – 1:0

Qol: Abel Ruis, 40

Qeyd edək ki, cavab görüşləri aprelin 14-də oynanılacaq.

***
Aprelin 7-də futbol üzrə UEFA Avropa Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinə start verilib.

Yenicag.az xəbər verir ki, açılış oyununda Almaniyanın “Leyptsiq” klubu İtaliyanın “Atalanta” komandasını qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Görüşdə hesabı qonaqlar açıblar. Luis Muriel 17-ci dəqiqədə komandasını önə keçirib. Meydan sahibləri 58-ci dəqiqədə Davide Zappakostanın öz qapısına vurduğu qolla tarazlığı bərpa ediblər.

Komandalar arasında cavab matçı aprelin 14-də oynanılacaq.

Mərhələnin digər görüşləri hazırda davam edir.

www.yenicag.az

426
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv