!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Avropa Liqasında 1/4 final mərhələsinin CÜTLƏRİ

!Reklam – Yazi

UEFA Avropa Liqasında 1/4 final, yarımfinal mərhələsinin və finalın püşkü atılıb.

Yenicag.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub.

Bu raundda İtaliya dueli olacaq. Belə ki, “Milan”la “Roma” yarımfinala vəsiqə uğrunda qarşılaşacaqlar. 1/8 finalda “Qarabağ”ı üstələyən Almaniya klubu “Bayer 04”ün də növbəti rəqibi bəlli olub.

1/4 final:

“Milan” (İtaliya) – “Roma” (İtaliya)

“Liverpul” (İngiltərə) – “Atalanta” (İtaliya)

“Bayer 04” (Almaniya) – “Vest Hem” (İngiltərə)

“Benfika” (Portuqaliya) – “Marsel” (Fransa)

Yarımfinal:

“Benfika” – “Marsel” cütünün qalibi / “Liverpul” – “Atalanta” cütünün qalibi

“Milan” – “Roma” cütünün qalibi / “Bayer 04” – “Vest Hem” cütünün qalibi

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də Dublindəki “Aviva” stadionunda olacaq.

www.yenicag.az

157
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv