Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Avropa Liqasında finalçılar müəyyənləşib

Reklam: Sinerji Pro

Yeniçağ.Az xəbər verir ki, keçirilən oyunlardan sonra finalçıların adı müəyyənləşib.

İlk oyunda “Selta”nı səfərdə 1:0 hesabı ilə məğlub edən “Mançester Yunayted”, doğma azarkeşləri önündə rəqibi ilə bərabərə qalıb – 1:1.

Ancaq bərabərlik Joze Mourinyonun komandasının finala adlamasına mane olmayıb.

Digər yarımfinal matçında isə “Lion” və “Ayaks” komandaları üz-üzə gəlib. Hollandiyadakı oyunda fransızları 4:1 hesabı ilə məğlub edərək, böyük üstünlük qazanan “Ayaks” cavab qarşılaşmasında çətin anlar yaşayıb. “Lion” 3:1 hesablı qələbə qazanmasına baxmayaraq, mübarizəni yarımfinalda dayandırıb.

UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar

11 may

“Mançester Yunayted” (İngiltərə) – “Selta” (İspaniya) – 1:1
Qollar: Fellaini, 17 – Ronkalya, 85
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Mançester. “Old Trafford” stadionu

İlk oyun – 1:0

“Lion” (Fransa) – “Ayaks” (Hollandiya) – 3:1
Qollar: Lakazette, 45, 45+1, GezzaL .81 – Dolberq, 27
Baş hakim: Şimon Marçinyak (Polşa)
Lion. “Stad de Luymer”
İlk oyun – 1:4

Yeniçağ.az

www.yenicag.az

309