!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa Məhkəməsi Eldar Həsənovun şikayətini araşdırır – 6 sual ünvanlandı

!Reklam – Yazi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sabiq baş prokuror və səfir, hazırda məhkəməsi davam edən Eldar Həsənovun şikayətini araşdırmağa başlayıb.

Yenicag.az xəbər verir ki, E.Həsənov dələduzluq, mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə və saxtakarlıq cinayətlərində ittiham olunur. Araşdırılan şikayət 2020-ci ilin avqustunda açılmış bu cinayət işi çərçivəsində ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlıdır.

Kommunikasiya bilgilərində qeyd edilir ki, E.Həsənovun barəsindəki 14 avqust 2020-ci il tarixli həbs qərarı və ondan sonrakı həbs qətimkan tədbirinin müddətinin uzadılmasından verdiyi şikayətlər, habelə, onun zaminə buraxılması, müalicə üçün ixtisaslaşdırılmış klinikaya köçürülməsi ilə bağlı vəsatətləri nəticəsiz olub.

E.Həsənov iddia edir ki, onun Konvensiyanın 3-cü maddəsi və Konvensiyanın 5-ci maddəsinin 1 (c), 3 və 4 -cü bəndləri ilə təminat altına alınan hüquqlarına müdaxilə baş verib – həbsdə durumuna adekvat tibbi müalicə ilə təmin edilməyib, həbs qətimkan tədbiri əsassız seçilib, həbs tədbirinə qərar verilən proses ədalətli olmayıb.

AİHM hökumətə cavablandırması üçün 6 sual ünvanlayıb.

1. Həbsdə saxlanılan ərizəçiyə göstərilən tibbi müalicə onun sağlıq durumu üçün yetərli və Konvensiyanın 3 -cü maddəsinin tələblərinə uyğun idimi?

2. Ərizəçi Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndi pozulmaqla azadlıqdan məhrum edilibmi? Özəlliklə, azadlıqdan məhrum etmə qanuni idimi və azadlıqdan məhrum etmənin ağlabatan şübhəyə əsaslanması baxımından 5-ci maddənin (c) bəndinin tələblərinə uyğun idimi?

3. Ərizəçiyə məhkəmədə iştirakını təmin etmək üçün mövcud olan şərtlər Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin tələblərinə uyğun idimi?

4. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndində tələb olunduğu kimi, Ərizəçinin əlində öz həbsinin qanuna uyğunluğuna etiraz edə biləcəyi təsirli bir prosedur varmıydı?

5. AİHM-in ərizəçiyə yönəlik müvəqqəti tədbirlərlə bağlı 7 may və 22 iyun 2021-ci il tarixli qərarları diqqətə alındığında, həmin qərarlardakı tədbirlərə əməl edilmədiyi iddiası Konvensiyanın 34-cü maddəsinin pozuntusunu təşkil edirmi (bax: məsələn, Paladi Moldovaya qarşı, no.39806/05, §§ 84 və s., 10 mart 2009)?

6. Tərəflərdən ərizəçinin sağlamlıq durumu və müalicəsi ilə bağlı əvvəllər AİHM-ə təqdim edilməmiş hər hansı tibbi sənədlərin surətlərini təqdim etmələri istənilir. Bundan başqa tərəflərdən, ərizəçi barəsində həbs qətimkan tədbirinin seçilməsi və ona qarşı açılmış cinayət işi ilə bağlı əvvəllər AİHM-ə təqdim edilməmiş uyğun sənədlərin surətlərini də təqdim etmələri istənilir.

AİHM tərəflərdən həmçinin, məhkəmənin bilgili olmadığı bütün sənədələrin surətlərinin təqdim edilməsini də istəyir.

 

 

 

www.yenicag.az

528
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv