!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa missiyasının erməni əsilli heyəti: “Bu, yarana biləcək gərginliyə işarədir”

!Reklam – Yazi

“Həm Qərb, həm də Rusiya Avropa Missiyası heyətinə erməni əsilli şəxslərin alınmasında maraqlıdır”.

Bunu rusiyalı politoloq Sergey Markovun Ermənistanda fəaliyyətə başlayan Avropa missiyasının heyətinə erməni əsillilərin daxil edilməsinin gələcəkdə ədalətsizliyi ortaya qoyacağı haqqında açıqlamasına münasibət bildirən politoloq Samir Hümbətov Yenicag.az-a danışarkən deyib.

O bildirib ki, nə Qərb Rusiyanın, nə də Rusiya Qərbin Ermənistanda varlığını qəbul etmək istəyir:

“Avropa İttifaqı missiyası Ermənistan-Azərbaycan sərhədinə gəldiyi gündən Rusiya ard-arda İrəvana xəbərdarlıq bəyanatları verir. Rusiya Qərbin Cənubi Qafqazda güclənməsinə razı deyil. Rusiyalı politoloq Sergey Markovun tam həqiqətləri söylədiyini demək olmaz. Belə açıqlamalar yarana biləcək gərginliyə işarədir.

Erməni əsillilərin bu missiyaya daxil edilməsi gərginlik yarada bilər. Yəni həm Qərb, həm də Rusiya Avropa Missiyası heyətinə erməni əsilli şəxslərin alınmasında maraqlıdır. Biz bunun başqa nümunəsini rus “sülhməramlı” kontingentinə erməni vətəndaşlarının daxil edilməsindən gördük. Ekoaktivistlər Laçın yolunda aksiyaya başladıqdan sonra rus kontingentinin tərkibində həm də ermənilərin olduğunu müşahidə etdik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

334
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv