!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa odun üçün bütün meşələrini qıracaq

!Reklam – Yazi

“Avropa kəsilən ağaclar səbəbindən meşəsiz qala bilər”.

Yenciag.az xəbər verir ki, bu barədə “Politico”da yer alan məqalədə qeyd edilib.

Məqalədə artan enerji qiymətləri və potensial elektrik kəsintiləri ilə üzləşən bir çox Avropa ölkələrində ağacların kəsilməsi qanunlarının yüngülləşdirdiyi yazılıb:

“İnsanların evlərini qızdırmaq üçün odun yandırmağa sövq edən enerji böhranı Avropa meşələrini təhdid edir.

Problem Mərkəzi və Şərqi Avropada xüsusilə kəskindir. Əhalinin yarıdan çoxunun evlərini odunla qızdırdığı Rumıniyada hökumət odun qiymətinə yuxarı hədd qoyub. Slovakiyada hətta yay aylarında qeyri-qanuni ağac kəsmə və ağac oğurluğunda artım qeydə alınırdı.

Rusiya qazından asılı olan Macarıstan avqust ayında ağac kəsimini məhdudlaşdıran qanunları ləğv edib. Latviya gənc ağacların kəsilməsinə icazə verib”, deyə məqalədə qeyd edilib.

www.yenicag.az

331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv