!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa ölkələri Ukraynadan taxıl idxalı məsələsində razılığa gələ bilmədi

!Reklam – Yazi

Avropa Komissiyası və Avropa İttifaqının beş ölkəsinin nazirləri Ukrayna kənd təsərrüfatı məhsullarının idxalı məsələsində razılığa gələ bilməyiblər.

Yenicag.az bu barədə “RMF24″ə istinadən xəbər verir.

Polşa nəşrinin məlumatına görə, Avropa Komissiyasının rəhbərinin müavini Valdis Dombrovskis və kənd təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovski arasında Polşa, Rumıniya, Bolqarıstan, Slovakiya və Macarıstanın kənd təsərrüfatı nazirləri ilə danışıqların üçüncü raundu uğursuz başa çatıb.

Beş ölkə un, bal, şəkər və meyvə, yumurta, ət, o cümlədən quş əti, süd və süd məhsulları, alma konsentratının idxalına qadağa qoyulmasını tələb edib. Komissiyanın ilkin təklifi buğda, qarğıdalı və günəbaxan idxalının qarşısını almaq idi. Nəticədə Avropa Komissiyası Ukraynadan günəbaxan yağının idxalına qadağa qoymağa razılaşıb.

Texniki səviyyədə müzakirələr davam edir.

Qeyd edək ki, Bolqarıstan, Slovakiya, Macarıstan və Polşa Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını birtərəfli qaydada qadağan etmək qərarına gəliblər. Bu, taxılın idxalının daxili bazarda qiymətlərə xeyli təsir etməsi ilə bağlıdır. Qərar yerli fermerlərin narazılığına səbəb olub./Report/

www.yenicag.az

302
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv