!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa Parlamenti də "TikTok"u qadağan etdi

!Reklam – Yazi

Avropa İttifaqının qurumlarından biri olan Avropa Parlamenti, işçilərinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbilə AB Komissiyası və Şurasından sonra Çin sosial media platforması TikTok-u da qadağan edib.

Yenicag.az-ın xarici mediaya istinadən məlumatına görə, AP prezidenti Roberta Metsola təxminən 8 min AP əməkdaşına e-poçt göndərərək, martın 20-dən etibarən proqramı iş telefonlarından və planşetlərindən silmələrini istəyib.

E-poçtda qərarın səbəbi “TikTok sosial media platformasının istifadəsi, xüsusən məlumatların qorunması və üçüncü şəxslər tərəfindən məlumatların toplanması ilə bağlı kibertəhlükəsizlik narahatlığı” olaraq göstərilib, tətbiqin şəxsi telefonlardan da hesabdan silinməsi şiddətlə tövsiyə olunub.

Aİ Komissiyası fevralın 23-də TikTok-u qadağan etməklə bu istiqamətdə addım atan ilk Aİ qurumu olmuşdu.

www.yenicag.az

317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv