Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Avropa Parlamentində qalmaqal – Türkiyə təhqir edildi – VİDEO

turklere-agir-hakaret-eden-yunan-vekil-ap-8241964_8516_mAvropa Parlamentində Türkiyə və Avropa İttifaqı (Aİ) arasında miqrant razılaşmasının müzakirə olunduğu iclasda yunan deputatlar türkləri təhqid edib.

Yunanıstanın irqçi `Qızıl Şəfəq` partiyasından olan deputat Eleftherios Sinadinos çıxışı zamanı `türklər it kimidirlər. Vəhşi kimi görünürlər, lakin bir düşmənlə qarşılaşdığı zaman qaçarlar. Türklərlə mücadilə etməyin tək yolu qərarlı bir mövqe göstərməkdir`,-deyə təhqiredici ifadələr işlədib.

`Qızıl Şəfəq` partiyasının digər üzvləri çıxış etmək istəsələr də Parlament sədri onların bu istəyini qəbul etməyib və onlardan salonu tərk etməyi tələb edib.

Bundan sonra Sinadinos səlahiyyətli şəxslərin müşayiəti ilə iclası tərk edib.

Martin Şults yunan deputatın `qırmızı xətti` keçdiyini və onun çıxışının irqçilik kimi qəbul edilə biləcəyini deyib.

https://youtu.be/I7DewUQ1JXs

www.yenicag.az

447