!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa Parlamentinin RƏZİL QƏRARI: "Erməni lobbisinin maliyyəsi hesabına seçilən deputatlardan..." - REAKSİYA

!Reklam – Yazi

Avropa Parlamenti ermənilərin Azərbaycana qarşı “Mədəni irsin dağıdılması” şikayətinə baxaraq “Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında” qətnamə qəbul edib. Parlamentdə qərarın lehinə 635 nəfər səs verib. 42 nəfər bitərəf qalıb, 2 nəfər isə əleyhinə səs verib.

Mövzu ilə bağlı politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında bildirib ki, verilən bu qərar faktiki olaraq Qərbin müdafiə etdiyi dəyərlərə xəyanətdir:

“Qətnamənin mətninə baxdıqda bunun Avropa, yoxsa Ermənistan parlamentində hazırlandığını ayırd etmək çətindir. Çünki mətndə yer alan ifadələr, irəli sürülən ittihamlar absurd və yalandır. Demək olar ki, bütün ittihamlar ermənilərin illərdir dünyaya yaydığı və inandırmağa çalışdığı yalanlardan ibarətdir.

Reallıq ondan ibarətdir ki, Ermənistan 27 illik işğal dövründə Qarabağda şəhərləri, kəndləri, qəsəbələri dağıdıb. Bu gün Qarabağa gələn istənilən şəxs burada erməni vandalizmini bütün çılpaqlığı ilə görə bilər. Azərbaycana məxsus 400-dən artıq tarixi-dini abidə məhv edilib. Onlardan 67-si məsciddir. Azərbaycan məscidləri mal-qara üçün tövləyə çevrilib. Azərbaycan məscidlərində donuzların saxlanması isə təkcə Azərbaycana deyil, bütün islam dünyasına yönələn təhqirdir. Bu gün Ermənistanda Göy məscid xaric, demək olar ki, bütün Azərbaycan məscidləri dağıdılıb. Göy məscidin dağıdılmama səbəbi onun guya fars memarlığına aid olmasıdır.

Avropa Parlamenti hazırda Ermənistan parlamentindən seçilmir. Erməni lobbisinin maliyyəsi hesabına seçilən deputatlardan başqa nəsə gözləmək doğru deyil. Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq hüquqa əsasən ərazi bütövlüyünü bərpa etdiyi bir zamanda parlamentin bir çox deputatı Avropa dəyərlərinə yox, erməni maraqlarına xidmət edən çıxışlar edirdi. Avropa Parlamenti erməni maraqlarını dünyəvi dəyərlərdən üstün tutur. Bu isə riyakarlıq, ikiüzlülük, milli-dini ayrı-seçkilikdir”.

Gülşən Şərif

www.yenicag.az

485
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv