Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Avropa Türk Konfederasiyası Azərbaycanda qurban kəsdi - VİDEO

Avropa Türk Konfederasiyası təmsilçiləri Qurban bayramı münasibətilə Azərbaycanda qurban kəsiblər.

Xatırladırıq ki, hər il olduğu kimi, bu il də öz bayram sevinclərini Azərbaycandakı bacı və qardaşları ilə bölüşmək üçün Bakıya təşrif buyuran federasiya nümayəndələri beş min ailəyə Qurban payı göndəriblər və hər birini bayram münasibətilə təbrik ediblər.

Avropa Türk Konfederasiyası Başkanının müavini Sedat Kartın bildirib ki, onlar hər il Azərbaycanın Bakı, Şamaxı, Tərtər, Gəncə, Sumqayıt və digər bölgələrində o cümlədən Gürcüstanın müxtəlif bölgələrində yaşayan Azərbaycan türkləri üçün də qurbanlar kəsirlər.

Qeyd edək ki, Avropa Türk Konfederasiyası 10 ildən çoxdur ki, hər il Qurban bayramı günlərində bayram sevincini paylaşmaq üçün Azərbaycana xüsusi bir heyət göndərir.

Səfər çərçivəsində Avropa Türk Konfederasiyası nümayəndələri Tənzilə Rüstəmxanlı ilə görüşüblər.

Görüşdə ATEV sədri Tənzilə Rüstəmxanlı, Avropa Türk Konfederasiyası sədrinin müavoni Sedat Kart Türkiyədən gələn Ülkü Ocakları təşkilatının nümayəndələri Hakan Seyhan, Gökan Seyhan , Türküstan qazetinin naş redaktoru Aqil Camal və ATEV-in icraçı direktoru Toğrul Allahverdili iştirak ediblər.

Görüş zamanı Avropada yaşayan Azərbaycan-Türk diasporunun əməkdaşlıq imkanları geniş müzakirə olunub.

www.yenicag.az

390
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM