!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropada 16 illik KORRUPSİYA MONİTORİNQİ: Araşdırma niyə dayandırıldı? - HESABAT

!Reklam – Yazi

Avropa İttifaqının (Aİ) 16 il davam edən korrupsiya monitorinqi başa çatdırılıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Rumıniya və Bolqarıstanda 2007-ci ildən etibarən, həyata keçirilən korrupsiya monitorinqinə son qoyulub.

Bu barədə məlumatı Avropa Komissiyasının (AK) vitse-prezidenti Vera Yurova özünün sosial şəbəkə hesabında paylaşıb. O, monitorinq mexanizminin dayandırılması ilə bağlı Rumıniya və Bolqarıstanı təbrik edib.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyaen isə adları çəkilən ölkələrdə korrupsiya əleyhinə mübarizədə ciddi irəliləyişlər olduğunu vurğulayıb:

“Avropa İttifaqına daxil olduqdan sonra əldə etdikləri tərəqqiyə görə Rumıniya və Bolqarıstanı təbrik edirəm. İttifaqımızın əsas təməl dəyərlərindən biri qanunun aliliyidir. Bu ölkələr son illərdə çox ciddi islahatlar həyata keçiriblər. Bundan sonra əsas diqqət məhz qanunun aliliyinə yönəlməlidir”.

www.yenicag.az

323
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv