!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropada koronavirusa yoluxma və ölüm halları azaldı

!Reklam – Yazi

Oktyabrın 23-dən noyabrın 19-dək dünyada 519 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 2,4 mindən çox insan ölüb. Ümumilikdə dünyada yoluxma hallarının sayı ötən dörd həftə ilə müqayisədə 13 faiz, ölüm hallarının sayı isə – 72 faiz azalıb. Eyni zamanda, Qərbi-Sakit Okean regionunda yoluxma hallarının sayının 14 faiz artması qeydə alınıb, Afrikada və Şərqi Aralıq Dənizində ölüm hallarının sayı müvafiq olaraq 167 faiz və 12 faiz artıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) informasiya bülletenində deyilir.

ÜST-nin məlumatına görə, dünyada dörd həftə ərzində 519 399 yoluxma halı və 2 456 ölüm halı aşkar olunub.

ÜST-nin məlumatları regionlarda yoluxma və ölüm halları ilə bağlı vəziyyətin müxtəlifliyindən xəbər verir. Qərbi-Sakit okean regionunda COVID-19-un yeni hallarının sayı dörd həftə ərzində 14 faiz artıb, ölüm hallarının sayı isə 38 faiz azalıb. Avropada yoluxma hallarının sayının 18 faiz, ölüm hallarının sayı isə 49 faiz azalması qeydə alınıb. Afrikada yoluxma hallarının sayının 14 faiz daha az olması qeydə alınıb, lakin ölüm hallarının sayı 167 faiz artıb. Şərqi Aralıq Dənizində yoluxma hallarının sayının 19 faiz daha az olması qeydə alınıb, ölüm hallarının sayı isə 12 faiz artıb.

Dörd həftə ərzində ən çox – 121 482 yoluxma halı Rusiyada aşkar olunub. Daha sonra İtaliya (104 165), Sinqapur (65 021), Avstraliya (34 635) və Polşa (21 876) yer alıblar. İtaliyada ən çox – 597 ölüm halı qeydə alınıb. Ondan sonra İsveç (372), Rusiya (250), İran (158) və Çexiya (112) qərarlaşıb.

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv