!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropada qazın qiyməti rekord həddə çatdı

!Reklam – Yazi

Ötən gün Rusiyanın enerji nəhəngi “Qazprom” “Şimal axını” qaz kəmərinin avqustun 31-dən sentyabrın 3-dək bağlanacağını elan etdikdən sonra Avropada təbii qaz qiymətləri rekord səviyyəyə çatıb.

Yenicag.az “Paraanaliz”ə istinadən bildirir ki, “Şimal axını” qaz kəməri bu gün Moskva vaxtı ilə saat 04:00-da (GST ilə eyni) bağlanacaq və sentyabrın 3-ü Moskva vaxtı ilə saat 04:00-a qədər bağlı qalacaq.

Şirkətin açıqlamasında qeyd olunub ki, buna səbəb “Portovaya” kompressor stansiyasında 24 saylı qaz porşen qurğusunda aparılan təmir işləridir.

“Qazprom” elanından sonra London Birjasında (ICE) təbii qazın qiyməti 5,5 faiz artaraq 1000 kubmetr üçün 2900 dolları keçib. Hollandiya TFF-də oktyabr fyuçers əməliyyatlarının dəyəri 2 min 906 dollara çatıb.

Gülşən

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv