!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropada təbii qaz bahalaşdı

!Reklam – Yazi

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 410 ABŞ dollarını ötüb.

Yenicag.az xəbər verir ki, 1 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 411,4 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (394,8 dollar) ilə müqayisədə 4,2% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv