!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropada təbii qazın qiyməti 3200 dolları keçdi

!Reklam – Yazi

Avropada təbii qazın qiyməti martın 8-dən bəri ilk dəfə min kubmetr üçün 3 200 dollar həddini keçib.

Yenicag.az xəbər verir ki, Niderlandın TTF habında təbii qazın sentyabr fyuçersləri 3 238,5 dollar ətrafında alınıb-satılır.

Qiymətlər son sutka ərzində təxminən 8 faiz artıb.

Bahalaşmaya səbəb kimi “Şimal axını” kəmərində planlaşdırılan təmir işləri, eləcə də Asiya bazarında mayeləşdirilmiş təbii qaz fyuçerslərinin qiymətinin artması göstərilib.

Xatırladaq ki, Avropada təbii qaz qiymətləri martın 7-də tarixi rekord vuraraq min kubmetr üçün 3 898 dollar həddinə çatmışdı. Bir sıra mütəxəssislər təbii qazın 4 min dollar həddini keçəcəyini istisna etmir.

www.yenicag.az

308
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv