!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropada təbii qazın UCUZLAŞMASI: Qiymətlər son 2 ildə ən aşağı həddə düşüb

!Reklam – Yazi

“Köhnə dünya”da 2021-ci ilin yayından bu yana təbii qazın qiyməti ilk dəfə olaraq aşağı düşüb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Avropada 2021-ci ilin avqustundan sonra hər min kub metr üçün təbii qazın qiyməti ilk dəfə 461,82 dollara qədər ucuzlaşıb.

Məlumata görə, bu gün keçirilən birja əməliyyatlarında min kub metr təbii qaz üçün qiymətlər məhz 461,82 dollar təşkil edib.

Qeyd edilir ki, Avropada təbii qazın qiyməti sonuncu dəfə 2021-ci ilin avqustunda bu qədər aşağı həddə ifadə olunub.

Bu tarixdən etibarən, xüsusilə Rusiyanın “qaz şantajı”ndan sonra qiymətlər sürətlə artıb. Nəticədə ötən ilin yayında təbii qazın qiyməti hətta 3500 dollara qalxmışdı.

Yalnız 2022-ci ilin dekabrından sonra Avropada təbii qazın qiyməti tədricən aşağı düşməyə başlayıb.

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv