!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropada tənəzzül riskləri getdikcə artır

!Reklam – Yazi

Avropada enerji böhranı kontekstində tədbirlər görülsə də, regionda tənəzzül narahatlıqları güclənməkdədir.

Yenicag.az “Haberglobal”a istinadən bildirir ki, ABŞ-də iqtisadi aktivliyin yüksəlməməsi mərkəzi bankların aqressiv monetar siyasətlərinin davam edəcəyi ilə bağlı narahatlıqları artırır. Qlobal miqyasda mərkəzi bankların hərəkətlərinə dair gözləntilər investor qiymətlərində gözləntiləri doğrultsa da, Rusiya ilə Ukrayna arasında artan gərginlik Avropa indeksinə təsirsiz ötüşməyib.

Belə ki, İngiltərədə FTSE 100 indeksi 0.09 faiz, Almaniyada DAX 40 indeksi 1.59 faiz olub. Fransada isə indeks 1.17 faiz dəyər itirib. Bu məlumatlardan sonra ABŞ Federal Ehtiyat Sisteminin (FED) noyabr ayında faiz dərəcələrini 75 baz bənd artırma ehtimalı 76,7 faizə yüksəlib.

Makroiqtisadi məlumatlar gündəmində bu həftə ABŞ, Almaniya və Çində inflyasiya, FED-in iclas protokolları, Avro Bölgəsində sənaye istehsalı və xarici ticarət tarazlığı, yerli sənaye istehsalı və cari əməliyyatlar balansı izləniləcək.

Gülşən

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv