!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropada uzunmüddətli SAVAŞ HAZIRLIĞI: “Onlar Ukraynaya hərbi yardım göstərməklə həm də...”

!Reklam – Yazi

“Avropada həm hərbi xərclərin artırılması, həm də hərbi-sənaye kompleksinin istehsalı genişləndirməsi başadüşüləndir”.

Bu fikirləri Avropa İttifaqının (Aİ) ötən illə müqayisədə 2024-cü il üçün hərbi xərcləri 30 milyard avro artıraraq 270 milyarda çatdırmasını şərtləndirən səbəbləri şərh edən politoloq Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.Politoloqun sözlərinə görə, Rusiya-Ukrayna qarşıdurması açıq hərbi müstəviyə keçdikdən sonra ABŞ başda olmaqla, Qərb dövlətləri üçün Kiyevə hərtərəfli yardım zərurəti xeyli artıb:

“Təqribən iki ildir istər qlobal, istərsə də regional siyasətdə cərəyan edən proseslər son dərəcə sürətlənib. Artıq yaşadığımız Cənubi Qafqaz regionunda da siyasi reallıqlar dəyişib və müxtəlif beynəlxalq güclərin bölgədəki maraqları artıb.

Bildiyiniz kimi, Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukrayna hələ sonu görünməyən bu müharibədə məhz Qərbin yardımları sayəsində duruş gətirir. O baxımdan, Avropa İttifaqının hərbi xərcləri artırmasında Ukraynaya yardım amili də mühüm rol oynayır.

İttifaq rəsmiləri də açıq bəyan edirlər ki, onlar Ukraynaya hərbi yardım göstərməklə həm də öz təhlükəsizliklərini təmin etməyi düşünürlər. Buna görə də Avropada həm hərbi xərclərin artırılması, həm də hərbi-sənaye kompleksinin istehsalı genişləndirməsi başadüşüləndir.

Digər tərəfdən, burada Avropa İttifaqının digər hərbi xərclərini, o cümlədən Ermənistana göndərilən monitorinq missiyasının maliyyələşdirilmə zərurətini vurğulamaq gərəkir. Həmçinin NATO ölkələri üçün müəyyən olunmuş hərbi xərclərin Ümumi Daxili Məhsula nisbətini də nəzərə alsaq, bu artım təbiidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv