!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropada yaşayış xərclərinin artması ev təsərrüfatlarına və şirkətlərə ziyan vurur

!Reklam – Yazi

Bu ay ərzaq qiymətləri, təbii qaz və elektrik enerjisi artımlarının təsiri ilə aylıq bazın 3,8 faiz artaraq 24 ilin yeni zirvəsi olan illik bazda 84,63 faizə çatması gözlənilir.

Yenicag.az “Paraanaliz”ə istinadən bildirir ki, bu barədə istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyərinin dəyişməsini xarakterizə edən istehlak qiymətləri indeksi (İQİ) məlumat yayıb.

“Reuters” agentliyinin 11 respondentlə keçirdiyi sorğuda sentyabr ayı üçün illik inflyasiya proqnozları 83,5 faizdən 85,35 faizə qədərdir. İQİ sonuncu dəfə 1998-ci ilin iyulunda 85,3 faiz təşkil edib.

İqtisadçılara görə, Avropada yaşayış xərclərinin artması ev təsərrüfatlarına və şirkətlərə ziyan vurur. Nəticədə problem daha da dərinləşir. Şiddətli quraqlıq səbəbindən bu yay Avropa çaylarında suyun səviyyəsinin aşağı düşməsi enerji təchizatı problemini daha da gücləndirir. Avro zonasında inflyasiyanın 2022-ci ildə orta hesabla 8 faiz, gələn il isə 4 faiz olacağı gözlənilir.

Gülşən

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv