!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropadan Rusiyaya qarşı yeni sanksiyalar: Çin və Qazaxıstan şirkətləri də hədəfdədir

!Reklam – Yazi

Avropa İttifaqı (Aİ) Rusiyaya yardım göstərən şirkətlərə qarşı sanksiyaların tətbiqinə hazırlaşır.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Aİ Rusiyaya qarşı tətbiq olunan sanksiyaların pozulmasında iştirak edən şirkətlərin cəzalandırılmasını planlaşdırır.

Məlumata görə, Aİ-nin hədəfində olan şirkətlər, əsasən, Çin, Qazaxıstan, İran və Özbəkistana məxsusdur.

Bu barədə danışan Avropa Komissiyasının sədri Ursula fon der Layen bildirib ki, yeni sanksiyalar G7 ölkələri ilə koordinasiya şəraitində hazırlanacaq.

Eyni zamanda Rusiya ərazisindən tranzit kimi istifadənin dayandırılması da nəzərdə tutulan sanksiya maddələrinin sırasındadır.

Yeni sanksiyaların qüvvəyə minməsi üçün Aİ-yə daxil olan 27 ölkənin hər birinin dəstəyi tələb olunur.

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv