!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropadan Rusiyaya XƏBƏRDARLIQ: “Belarusda taktiki nüvə silahı yerləşdirilsə...”

!Reklam – Yazi

Avropa İttifaqı (Aİ) Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planı ilə bağlı xəbərdarlıq edib.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Aİ-nin bu barədə mövqeyini Avropa Komissiyasının xarici məsələlər üzrə təmsilçisi Peter Stano diqqətə çatdırıb.

Stanonun sözlərinə görə, Rusiyanın bu addımının “nəticələri olacaq” və Aİ bütün ssenarilərə hazır olacaq:

“Biz bununla bağlı bütün ssenarilərə hazırıq və hazırlığımızın səviyyəsi hadisələrin inkişafından asılı olacaq. İndiki situasiyada bəyanatları kənara ataraq Belarus tərəfinin, Rusiyanın hərbi təcavüzünün iştirakçısı olan Lukaşenko rejiminin bu plana nə deyəcəyini eşitmək daha vacibdir.

Ancaq, əlbəttə, bunun baş verməsi Avropanın təhlükəsizliyinə təhdid yaradacaq və İttifaqın üzv ölkələrinin reaksiyası ilə qarşılaşacaq”.

Bununla belə, Stano Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirəcəyi təqdirdə cavab addımlarının nədən ibarət ola biləcəyini açıqlamayıb:

“Mümkün sanksiyalar seçilənə qədər Aİ məmurları detallar barədə danışa bilməz”.

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv