!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropadan Rusiyaya xəbərdarlıq: “Ukraynaya yardım etməkdən yorulacağımızı gözləməyin”

!Reklam – Yazi

“Ukrayna bizim onu yalnız müharibənin hər günündə deyil, uzunmüddətli perspektivdə də dəstəkləyəcəyimizdən əmin olmalıdır”.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri Ukraynaya dəstəyin zəruriliyini bildirən Avropa İttifaqı (Aİ) ölkələri xarici işlər nazirlərinin Stokholmda keçirilən görüşündə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.

Onun sözlərinə görə, Rusiya Aİ-nin Ukraynaya yardım göstərməkdən yorulacağına ümid etməməlidir:

“Biz Ukraynaya köməyimizi davam etdirməliyik və bunu uzunmüddətli perspektiv üçün də nəzərdə tutmalıyıq. Bu yardım sadəcə qarşıdakı günlərdə baş verəcək döyüşlər üçün hərbi sursat göndərilməsi ilə məhdudlaşmamalıdır.

Biz Ukraynaya çoxillik dəstəyi təmin etməliyik. Ukrayna bizim onu yalnız müharibənin hər günündə deyil, uzunmüddətli perspektivdə də dəstəkləyəcəyimizdən əmin olmalıdır. Ümumiyyətlə, Rusiya Ukraynaya yardım etməkdən yorulacağımızı gözləməsin”.

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv