!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropalıların üzü 3 ay sonra gülür: Təbii qazın qiyməti aşağı düşdü

!Reklam – Yazi

Avropada təbii qazın qiyməti iyunun 14-dən bəri ilk dəfə min kubmetr üçün min dollar həddindən aşağı düşüb.

Yenicag.az xəbər verir ki, Niderlandın TTF habında təbii qazın noyabr fyuçersləri 989 dollaradək ucuzlaşıb. Gün ərzində ucuzlaşma 14 faizdən çox təşkil edib.

Qeyd olunur ki, təbii qaz ucuzlaşması Avropada yeraltı qaz anbarlarının 93 faizdən çox dolması, eləcə də elektrik enerjisi istehsalında külək enerjisinin payının artması ilə əlaqələndirilir.

Xatırladaq ki, sentyabrın əvvəlində Avropada təbii qazın min kubmetri 2 900 dollara yaxınlaşmışdı./Trend/

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv