!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropanın bu ölkələri Ukraynadakı müharibə cinayətlərini ARAŞDIRMAĞA başladı

!Reklam – Yazi

Artıq dörd Avropa ölkəsi Rusiyanın hərbi cinayətlərini araşdırmağa başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna baş prokuroru İrina Venediktova “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, həmin dövlət Litva, Polşa, Estoniya və Almaniyadır.

“Ədalət naminə qlobal koalisiya hər gün böyüyür. Biz birlikdə hüquqi müstəvidə də qalib gələcəyik”, – deyə Venediktova vurğulayıb.

UNİAN-ın daha əvvəl verdiyi xəbərə görə, martın əvvəlində 39 ölkənin müraciəti əsasında BMT-nin Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində törətdiyi hərbi və insanlığa qarşı cinayətləri araşdırmağa başlayıb.

Martın 7-də Beynəlxalq Cinayət Məhkəməsi Ukraynanın Rusiyaya qarşı soyqırımı ittihamı ilə bağlı iddiası üzrə dinləmələrə başlayıb.

www.yenicag.az

602
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv