!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropanın ən hündür dağı iki metr AŞAĞI DÜŞDÜ

!Reklam – Yazi

Avropanın ən hündür dağı iki metr aşağı düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Fransanın Yuxarı Savoya departamentinin ekspert sörveyerlərinin hesabatında deyilir.

Alp dağlarının ən yüksək zirvəsi olan Monblan iki ildə hündürlüyünü 2 metrdən çox itirib.

Onların hesablamalarına görə, 2021-ci ildə Monblanın hündürlüyü 4807,81 metr olub. İndi o, 4805,59 metrə enib. Yəni 2,22 metr “kiçilib”.

Yuxarı Savoya departamentinin tədqiqatçıların regional bölməsinin prezidenti Jan de Qaret narahat olmamağa çağırıb. Belə dəyişikliklər normaldır və yağışın səviyyəsindən asılı ola bilər. İki ildən sonra Monblan “yenidən iki metr yüksək ola bilər” deyib.

Qeyd edək ki, 2021-ci ildə dağ 2017-ci illə müqayisədə bir metr “kiçilib”. 2007-ci ildə daha yüksək olub. O zaman zirvənin hündürlüyü 4810,9 metr olub.

Xuraman Etibarlı

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv