!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropanın erməni təəssübkeşliyinə REAKSİYA: “O qətnamələrin heç bir hüquqi əsası yoxdur” – Qabil Hüseynli

!Reklam – Yazi

“Fikrimcə, feyk məlumatlar əsasında qətnamə qəbul edən bir dövləti ciddi adlandırmaq olmaz”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Belçika (Flamand) və Lüksemburq parlamentlərində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün başladığı uğurlu əks-hücum əməliyyatlarını pisləyən qətnamə qəbul olunmasını şərh edən keçmiş dövlət katibi Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, nəzərdə tutulan ölkələrin parlamentləri tərəfindən qəbul edilmiş qətnamələrin heç bir hüquqi əsası yoxdur:

“Onların qəbul etdiyi qətnamənin heç bir hüquqi və siyasi əsası yoxdur. Bu qətnamələr sadəcə olaraq, nəzəri fikirlərə söykənir və bölgədə qaynar münaqişənin qeyri-məqbulluğunu göstərmək niyyəti daşıyır. Digər tərəfdən, unutmaq olmaz ki, bunlar erməni lobbisinin təsiri ilə qəbul edilmiş qətnamələrdir.

Məgər həmin ölkələr bilmirlər ki, Azərbaycn torpaqları 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır? Bunlar yəqin ki, belə qətnamələr qəbul etməklə, məsələni Avropa İttifaqının gündəliyinə çıxartmaq istəyirlər. Amma onlar bunu necə əsaslandıracaqlar? Fikrimcə, feyk məlumatlar əsasında qətnamə qəbul edən bir dövləti ciddi adlandırmaq olmaz”.

Aqil Bəkir

www.yenicag.az

2989
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv