!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Avropanın sanksiya təhdidinə Xalq şairindən SƏRT CAVAB: “Gəlib yalvaracaqlar ki, qələt eləmişəm...”

!Reklam – Yazi

“Fransızlar gedib ərəb ölkələrində milyonlarla insanı qanına qəltan edib, heç onu yada salmırlar”.

Bu fikirləri Avropa Parlamentinin (AP) Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırışın yer aldığı qətnamə qəbul etməsinə münasibət bildirən Xalq şairi Vahid Əziz Yenicag.az-a açıqlamasında deyib.

Xalq şairinin sözlərinə görə, Avropa Parlamenti beş-altı erməninin əlində qula çevrilərək onların verdiyi rüşvətin içində itib-batıb:

“Onların dərdi türk dünyasına, İslamiyyətə, müsəlmanlara, gün-gündən inkişaf edən Azərbaycana qarşı səlib yürüşü təşkil etməkdir. Avropa Parlamenti beş-altı erməninin əlində qula çevrilərək onların verdiyi rüşvətin içində itib-batıb. Buna görə də həmin qurum öz hörmətini itirib və şərəfsizliyə yol verir.

O parlament özünü rüsvay etməklə məşğuldur, ayıb olsun onlara! Elə onların günahıdır ki, bu gün dünya dağılır. Fransızlar gedib ərəb ölkələrində milyonlarla insanı qanına qəltan edib, heç onu yada salmırlar. Amma beş erməniyə görə düşüblər bizim üstümüzə.

Ermənidən belə xoşları gəlirsə, Makron onları yığıb aparsın ölkəsinə. Onsuz da Fransada 400 min erməni var. Qarabağdakı ermənilərin şişirdilmiş sayından on dəfə çoxdur. Sanksiya tətbiq etmək istəyir, cəhənnəmə etsin. Qazımız var, neftimiz var, dünyanın yarısı bizimlə dostumuzdur.

İslam Konfransı ölkələri var, Avropa neftimizi almasa, onlara satarıq. Amma onların bizə ehtiyacı var. Rusiyadan qaz ala bilmirlər, bizə möhtacdırlar. Gəlib yalvaracaqlar ki, qələt eləmişəm, başımı da daşa döymüşəm.

Bir şeirimdə də yazmışam: Siz deyin ay köhnə dünya görənlər, Paris tədbirini necə görəcək? Kişini kişiyə ərə verənlər Qarabağı bizə necə verəcək? Avropa ölkələrinin işi kişini kişiyə ərə verməklə məşğul olmaqdır. Onlar bizim işimizə qarışmasın. Əgər kişiləri ərə getmək istəyirlərsə, gəlsinlər Azərbaycana, biz onlara yiyə dura bilərik”.

Cəvahir

www.yenicag.az

1226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv