!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropanın təhlükəsizliyində YENİ DÖNƏM: NATO effektsiz konsepsiyadan imtina edir

!Reklam – Yazi

“Köhnə dünya”nın hava məkanının müdafiəsi üçün fövqəladə addımlar atılcaq.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq alyans ölkələrinin müdafiə nazirlərinin toplantısından sonra keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, Şimali Atlantika ölkələri artıq hava məkanının aviapolis qüvvələri tərəfindən müdafiə olunması konsepsiyasından tədricən imtina edəcəklər.

Baş katib əlavə edib ki, yaranmış şəraitin tələblərini əsas götürərək yaxın perspektivdə qitədə hava hücumundan müdafiə sistemlərinin qurulmasına başlanılacaq:

“Biz, həmçinin hava hücumundan və raketdən müdafiəyə yönəlik yeni sistemlə əlaqədar rotasiya modelini də razılaşdırdıq.

Bu bizə mövcud aviapolis konsepsiyasından hava hücumundan müdafiə sisteminə mərhələli keçidə imkan verəcək”.

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv