!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Avropanın və ABŞ-nin ən ehtiyatla davrandığı format Türk Dövlətlər Birliyidir" - ŞƏRH

!Reklam – Yazi

“Türk Dövlətləri Birliyi gələcəkdə dünyada söz sahibi olacaq qurumlardan birinə çevriləcək”.

Bu fikri türk dövlətləri arasındakı sıx münasibət, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri və türk dövlətlərinin gələcək geosiyasi mövqeyi barədə danışan Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, Avropanın və ABŞ-nin ən ehtiyatla davrandığı format Türk Dövlətlər Birliyidir:

“Dünya yenidən dizayn olunur. Bunu görmək lazımdır. Ukraynada Rusiyanın təcavüzündən sonra yaranan vəziyyət onu deməyə əsas verir ki, dünya yeniliklərə hamilədir. Rusiyanın özündə azadlıq hərəkatları başlaya bilər. Rusiya özü də yenidən dizayn olunmalıdır. O cümlədən İranda gedən proseslərə baxmaq lazımdır. Artıq İranda federallaşmadan danışanlar artıb. Baxmayaraq ki, biz maksimalist mövqe sərgiləyib istiqlal haqqımızdır deyirik. Avropanın özündə də axtarışlar var. İngiltərə Avropa İttifaqından çıxdıqdan sonra Avropada tərəddüdlər var.

Yeni dizayn olunan dünyada yeni format olaraq türk birliyinin də ortaya gəlməsi cəsarətdir, haqdır. Yaxşı ki, ömrünü siyasətə həsr etmiş Türkiyə Prezidenti Ərdoğan da var. Türkiyənin daxili siyasətinə qarışmayacağıq, daxildə gərginliklər var, 2023-cü ilə hazırlaşırlar. Ancaq Türk Dövlətlər Birliyinin qurulması, Qafqazda türk nüfuzunun artması, Qafqazda Azərbaycanın halal haqqı uğrunda mübarizədə dik durması Türkiyənin cəsarətidir və Azərbaycanla həmrəyliyidir.

Zəngilan hava limanının açılması zamanı həm bölgədə olanları görməyən dünyaya mesaj verildi, o cümlədən Azərbaycanla arada olan münasibətlərin əbədi, daimi olması vurğulandı. Ərdoğan bölgənin təhlükəsizliyi ilə bağlı bir sıra mesajlar verdi. Bunların hamısı geostrateji hədəflər idi.

Türkiyə Qafqazı Türk Dövlətlər Birliyinin gələcəyi üçün çox önəmli hesab edir. Azərbaycan məsələsi buna görə də prioritet və avtoritetdir”.

Səxavət Məmməd

www.yenicag.az

614
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv