!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Avroviziya-2021”in qalibi bəlli oldu – VİDEO

!Reklam – Yazi

“Avroviziya” mahnı müsabiqəsinin finalı başa çatıb.

Yenicag.az xəbər verir ki, Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da keçirilən müsabiqənin builki qalibi  İtaliya olub.

Ölkənin təmsilçisi “Maneskin” qrupu müsabiqədə 524 xal toplayıb və birinciliyə layiq görülüb.

***
“Avroviziya” mahnı müsabiqəsinin böyük finalı keçirilir.

Ölkəmizin təmsilçisi Samirə Əfəndinin çıxışı baş tutub.

O, 21-ci nömrə altında “Mata Hari” mahnısını təqdim edib.

***

23:24

“Avroviziya” mahnı müsabiqəsinin böyük finalı başlayıb.

Yenicag.az xəbər verir ki, final mərasimi Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da keçirilir.

Birincilik uğrunda Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Niderland mübarizə aparır.

Təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə 21-ci nömrə altında çıxış edəcək.

 

www.yenicag.az

1286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv