!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avroviziya” qalibindən Rusiyanın ukraynalı ulduzlarına: “Onlar başa düşmürlər ki...”

!Reklam – Yazi

“Avroviziya-2016” müsabiqəsinin qalibi, ukraynalı müğənni Cəmalə savaşa səssiz qalan həmkarlarını qınayıb.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Cəmalə yerli telekanala müsahibəsində hazırda Rusiyada fəaliyyət göstərən ukraynalı sənətçilərin müharibə mövzusunda susmalarının səbəbindən danışıb.

Müğənni bildirib ki, İqor Krutoy, Nataşa Korolyova, Aleksandr Revva kimi sənətçilər Rusiyanın Ukraynaya hərbi təcavüzü haqda danışmamaqla düşmən qazanmamağı hədəfləyirlər. Ancaq Krımın ilhaqı zamanı o taktika səmərəli olmuşdusa, indiki halda vəziyyət tamamilə fərqlidir:

“Deyə bilərəm ki, onlar artıq həm də sənətçi kimi tükəniblər. Əgər onlar fikirləşirlərsə ki, vəziyyət düzələndən sonra özlərinin konsert fəaliyyətlərini bərpa edə biləcəklər, çox yanılırlar. Onlar sadəcə, bunu başa düşmürlər. Artıq heç Avropada da çıxış edə bilməyəcəklər”.

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv