!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Avroviziya”ya alternativ mahnı müsabiqəsinin yeri və tarixi açıqlandı

!Reklam – Yazi

“Avroviziya”ya alternativ olacaq ilk “İnterviziya” mahnı müsabiqəsi gələn il Rusiyada keçiriləcək.

Bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin MDB Hökumət Başçıları Şurasının Moskvada keçirilən iclasında çıxışı zamanı bildirib.

O, sözügedən musiqi müsabiqəsinin parlaq hadisəyə çevriləcəyinə əminliyini vurğulayıb.

Bundan əvvəl, Rusiya lideri Vladimir Putin də tədbir iştirakçılarına videomüraciətində beynəlxalq “Intervision” festivalının dirçəldilməsi, həmçinin Avrasiya Kino Sənəti Akademiyasının yaradıldığını və Avrasiya Film Mükafatının təsis olunduğunu bəyan edib.
Qeyd edək ki, yeni beynəlxalq mahnı müsabiqəsi “İnterviziya”nın layihəsi bundan əvvəl IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təqdim olunub.

Mənbə: TASS

www.yenicag.az

123
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv