!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Avroviziya"ya görə evini girov qoyan şəxslə bağlı MARAQLI FAKT: Hətta ölkəmizdə də... - FOTO

!Reklam – Yazi

“Avroviziya” yarışması ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Yenicag.az xəbər verir ki, ingiltərə vətəndaşı olan Daniel Quld adlı şəxs illərdir ki, hər yarışmada hansı ölkənin qalib gələcəyi ilə bağlı mərc edib.

2004-cü ildən bəri güclü “Avroviziya” vurğunu Danielin bu heyranlığı pul qazanma sevgisinə çevrilib. Hətta xeyli insan onu “Avroviziya” qumarbazı kimi tanıyıb. 2018-ci ildə təşkil edilən müsabiqəyə qədər o, kifayət qədər pul qazanıb.

Çünki demək olar ki, əsla yanılmayıb. Amma 2018-ci ildə İsrailin müsabiqəni qazanacağını düşünərkən, Kiprin qazanması onun böyük pullar itirməsinə səbəb olub. O, bu müsabiqəyə o qədər əmin olub ki, öz evini girov qoyub.

D. Quld dəfələrlə ölkəmizdəki müsabiqə məşqlərində iştirak edib.

Qeyd edək ki, Daniel 2018-ci ildə beynində yaranan şişdən dünyasını dəyişib. O, “Avroviziya” tarixində o qədər yaddaşlarda qalıb ki, onun adına “BBC”də podkastlar yayımlanacaq.

 

www.yenicag.az

496
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv