!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avrozona iqtisadi inamı 2020-ci ildən bəri ən aşağı səviyyədədir

!Reklam – Yazi

Avro Bölgəsində iqtisadi etimad indeksi sentyabrda 93,7-ə düşüb. “Bloomberg”in sorğusuna qatılan iqtisadçıların orta hesablaması görə indeks 95 olub.

Bu, 2020-ci ilin noyabr ayından bəri qeydə alınan ən aşağı səviyyədir. Beləliklə, indeks 7-ci ayda da enişini davam etdirib.

Xidmətlərdən tutmuş sənayeyə qədər bütün kateqoriyalar indeksdə düşüb. Ən böyük azalma mənfi 28,8 ilə İstehlakçı Güvənində müşahidə olunub. İqtisadi etimadın pisləşməsinə baxmayaraq, 2020-ci ilin aprel ayının minimumlarının üstündə qalıb.

Yüksək inflyasiya, azalmada ən böyük amildir. Rusiyadan qaz nəqlinin kəsilməsi də iqtisadi etimada mənfi təsir göstərib. Sorğu göstərib ki, istehlakçıların inflyasiya gözləntiləri artmaqdadır.

Avro Bölgəsində sabah açıqlanacaq inflyasiya məlumatları maraqla gözlənilir. Valyuta bazarlarında Avropa Mərkəzi Bankının (ECB) yüksək inflyasiyanı cilovlamaq üçün oktyabrın 27-də keçiriləcək iclasında 75 baza bəndi artımını davam etdirəcəyi gözlənilir./Marja/

www.yenicag.az

378
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv