!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avrozonada illik inflyasiya rekord həddə çatdı

!Reklam – Yazi

Avrozonada son istehlak inflyasiyası sentyabr ayında illik müqayisədə 9,9 faiz artaraq gözləntilərin altındadır.

Yenicag.az “Reusters”ə istinadən bildirir ki, avro zonada son istehlak inflyasiyası (CPI) sentyabrda illik 9,9 faiz, aylıq bazda isə 1,2 faiz təşkil edib. Beləliklə, sentyabrda illik inflyasiya rekord qırıb. Baza inflyasiya sentyabr ayında gözləntilərə uyğun olaraq əvvəlki aya görə 0,9 faiz artıb.

Avropa İttifaqının statistika qurumu olan “Eurostat”ın məlumatına görə, sentyabr ayı üçün əsas inflyasiya 10 faiz olaraq açıqlanıb. Avro bölgəsində enerji və emal olunmamış ərzaq qiymətləri nəzərə alınmamaqla, hesablanan baza inflyasiyası illik bazda 6 faiz artaraq, 6,1 faiz gözləntilərdən bir qədər aşağıdır.

Qeyd edək ki, avrozonada illik inflyasiyanın ən yüksək olduğu ölkələr 24,1 faizlə Estoniya, 22,5 faizlə Litva və 22 faizlə Latviya olub.

Gülşən

www.yenicag.az

345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv