!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avrozonada inflyasiya rekord səviyyəyə çatdı

!Reklam – Yazi

İllik inflyasiya fonunda enerji qiymətlərinin artması iyul ayında avrozanada 8,9 faizlik rekord həddə yol açıb.

Yenicag.az “Haber Global”a istinadən bildirir ki, bu barədə Avropa Statistika İdarəsinin (“Eurostat”) Avrozonanın iyul ayı üzrə illik inflyasiya göstəriciləri ilə bağlı açıqladığı hesabatda məlumat verilib.

Hesabata görə, avro bölgəsində iyunda 8,6 faizlik illik inflyasiya iyul ayında 8,9-a qədər yüksəlib. Enerji qiymətindən sonra 9,8 faizlə qida, alkoqol və tütün məmulatları, 4,5 faizlə qeyri-enerji sənayesi məhsulları, 3,7 faizlə xidmət sektoru əsas yerləri tutur.

Ümumilikdə, iyulda inflyasiya Almaniyada 8,5 faiz, İspaniyada 10,8 faiz, İtaliyada 8,4 faiz, Belçikada 10,4 faiz , Yunanıstanda 11,5 faiz, Slovakiyada 12 faiz, Estoniyada isə 22,7 faiz təşkil edir.

Beləliklə, son aylarda pik həddə çatan inflyasiya Avropa Mərkəzi Bankının (AMB) 2 faizlik hədəfinin üstündədir.

Gülşən Şərif

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv