Avstraliyanın yeni baş naziri seçilib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, iqtidarda olan Liberal Partiya daxilindəki gərginliklərin fonunda ölkənin Xəzinə naziri Skot Morrison qalib gələrək ölkənin 30-cu baş naziri olub.
Hökumət daxilində, enerji siyasəti və seçkilərdə uğursuzluqlar üzündən çıxan böhran baş nazir dəyişikliyi ilə nəticələnib.
Qeyd edək ki, Sidneyin Kuk bölgəsindən 2007-ci il seçkilərində qazanaraq deputat olan, Yeni Cənubi Uels Universiteti İqtisadiyyat fakültəsinin məzunu, 50 yaşlı Skot Morrison Miqrasiya və Sərhəd Mühafizə Departamentində, Sosial Xidmətlər Nazirliyində və son olaraq Xəzinə naziri vəzifəsində çalışıb.