Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 dekabr tarixli 1214 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında Sərəncam imzalayıb.
Baş Nazir Əli Əsədov "Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində mülki əhaliyə dəyən zərərin aradan qaldırılması məqsədilə əlavə tədbirlərin görülməsi üçün vəsait ayrılması barədə" sərəncam imzalayıb.
"Bəşəriyyətin böyük bəlasına çevrilmiş COVİD-19 pandemiyasına qarşı mübarizə bütün dövlətlərin, o cümlədən Azərbaycan dövlətinin gündəliyində başlıca məsələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əhalinin sağlamlığının qorunması, ölümcül virusun yayılmasının qarşısının alınması istiqamətində sistemli və səmərəli işlər görülməkdədir. Dövlətimizin böyük imkanları bu istiqamətdə səfərbər edilmiş, xəstəliyə yoluxma hallarının ciddi şəkildə azaldılmasına nail olunmuşdur. İndi əsas məqsəd əldə olunan müsbət nəticəni qoruyub saxlamaq, koronavirusun yenidən geniş yayılmasının qarşısını almaqdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı əsasında tətbiq edilən sərt karantin rejimini və məhdudlaşdırıcı tədbirlər əhalinin sağlamlığının qorunması kimi vacib dövlət vəzifəsinin yerinə yetirilməsini nəzərdə tutur."
Baş nazir Əli Əsədov “Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 164 nömrəli Qərarında dəyişiklik edib.
Baş Nazir Əli Əsədov Azərbaycanda Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
Nazirlər Kabineti avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin, həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlıq və yenidən hazırlıq keçməsi barədə sənədlərin formasını təsdiq edib.
Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişiklik edilib.